Səudiyyə Ərəbistanın "Əl-Tai" klubunun prezidenti Turki Əl-Dabaan PSJ-nin futbolçusu Lionel Messi ilə müqavilə imzalamaq istəməklərini deyib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbərə verir ki, o, müqavilə imzalamaq istəmədiyi oyunçu haqda danışarkən argentinalı hücumçunun adını çəkib: "Mən Messi kimi "Bavariya" ilə matçı stadiondan izləyən dünya səviyyəli oyunçunu komandama transfer etmək istəmirəm".
Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə görüşlərdə ümumi 0:3 (0:2, 0:1) hesabı ilə məğlub olmuşdu. Messi hər iki matçda sona kimi meydanda olmuşdu. pizza
Xatırladaq ki, Paris təmsilçisi ilə müqaviləsi bu ilin iyununda başa çatacaq Messinin adı "Barselona", Səudiyyə Ərəbistanı və MLS klubları ilə hallanır.
Telegram kanalımız