Ərəb ölkəsində bir ilk: Qadınlar orduda...

saytların hazırlanması

Evə çatdırılma

Ərəb ölkəsində bir ilk: Qadınlar orduda...

Dünya

21 Fevral 2021 22:56 1052


Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi öz rəsmi portalında ilk dəfə orduda muzdlu əsaslarla xidmət etmək istəyən qadınlardan müraciətləri qəbul edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "Alarabia” telekanalı məlumat yayıb.

Məlumata görə, qadınlar quru, dəniz, hava, strateji raket qoşunlarında və tibb bölmələrində xidmət edə biləcək. Marqarita pizza

Hərbi xidmətə qəbul edilən qadınlara sıravi əsgər və serjant rütbələri veriləcək. Bu yenilik Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2030-cu ilədək islahatlar proqramı çərçivəsində həyata keçirilir.

Hərbi xidmətə 21-40 yaşlarında və ən azı 155 santimetr boyunda, ali təhsilli, kriminal keçmişi olmayan və sağlam səudiyyəli qadınlar qəbul ediləcək. Həmçinin onlar əcnəbi vətəndaşlarla evli ola bilməzlər. /Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!