“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda sosial şəbəkədə maraqlı videosunu yayıb.
“Yeni Sabah” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi xanımı Kamila Pamela ilə romantik rəqs edib. Brazilyalı futbolçu bu görüntüləri “İnstagram” hesabından paylaşıb və videoda “Sevgini səni görəndə tapdım” yazılıb.
Xatırladaq ki, Riçard Almeydanın K.Pamela adlı xanımdan 2 qız övladı var. Marqarita pizza
Qeyd edək ki, Ağdam klubu ilə maliyyə məsələlərində anlaşa bilməyən futbolçu Birləşmiş Ərəb Əmirliyinin “Baniyas” klubuna keçib. O, dünən yeni komandasında ilk debütünü edib. Futbol üzrə Azərbaycan millisinin üzvü BƏƏ çempionatının 13-cü turunda "Əl-Nəsr"lə səfər görüşündə meydana çıxıb.
Matça start heyətində başlayan 31 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. O, zədə səbəbilə meydandan çıxmağa məcbur qalıb. Oyun isə Almeydanın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Telegram kanalımız