Xəbər verdiyimiz kimi, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Birləşmiş Ərəb Əmirliyinin “Baniyas” klubuna transfer olunub.
“Yeni Sabah” xəbər verir ki, transferi öz “İnstagram” hesabından videogörüntü ilə paylaşan ərəb klubu saxtakarlığa yol verib. Belə ki, yarımmüdafiəçinin “Qarabağ” formasında olan şəkilinin üzərindəki Ağdam klubunun və sponsor “Azersun Holding”in loqosu silinib. Lakin klub formanın qol hissəsindəki UEFA Çempionlar Liqasının loqosuna toxunmayıb. Onlar formanın üzərinə “Baniyas”ın loqosu vurularaq öz geyimləri kimi təqdim ediblər.
“Köhlən atlar”ın azarkeşləri “Baniyas”ın bu addımını tənqid edib. Toyuqlu pizza
Qeyd edək ki, 2012-ci ildən Ağdam klubunda çıxış edən Riçard Almeyda həm də millimizin üzvüdür. 2018-ci ilin yayında Qazaxıstanın “Astan” klubuna keçən 30 yaşlı futbolçu 2019-cu ilin yanvarında icarə əsasında yenidən “Qarabağ”a keçib. Lakin bu ayın əvvəlində Almeyda klubdan illik 700.000 dollar maaş istəyib. Lakin tərəflər razılığa gələ bilməyib.
Naibə
Telegram kanalımız