Ərəblərə bu cəza veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ərəblərə bu cəza veriləcək

Sosial

18 Avqust 2025 14:24 52525


"Ərəb turistlərin bu şəkildə davranışı Azərbayca Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin təsir dairəsinə düşür. 510-cu maddə xırda xuliqanlıq maddəsidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib. O, bildirib ki, həmin maddənin sanksiyasına əsasən, özgənin əmlakına şəxslərin üzərində hər hansı bir zorakılıq olmadan, ictimai qaydanı pozmaqla müşahidə olunan davranışlar 50 manatdan 100 manatadək məbləğdə inzibati qaydada cərimə nəzərdə tutulub:

“Ərəb turistlər tərəfindən, Şəhidlər Xiyabanında şəhidlərin qəbirüstü abidələrinə qarşı xoş olmayan davranışları cəmiyyətdə kifayət qədər sərt reaksiyanın formalaşmasına səbəb olub. Çoxsayılı suallara əsasən, bildirmək istəyirəm ki, ərəb turistlərin bu şəkildə davranışı Azərbayca Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin təsir dairəsinə düşür. 510-cu maddə xırda xuliqanlıq maddəsidir. Həmin maddənin sanksiyasına əsasən, özgənin əmlakına şəxslərin üzərində hər hansı bir zorakılıq olmadan, ictimai qaydanı pozmaqla müşahidə olunan davranışlar 50 manatdan 100 manatadək məbləğdə inzibati qaydada cərimə nəzərdə tutulub”.  Dördpendirli pizza

Vəkil qeyd edib ki, nəzərdə tutulan maddənin sanksiyasını eyni zamanda 15 günədək inzibati qaydada həbs də mümkündür:

“Nəzərə alsaq ki, bu hərəkəti 3 ərəb turist həyata keçirib, nəzərdə tutulan maddənin sanksiyasını eyni zamanda 15 günədək inzibati qaydada həbs də mümkündür. Bildirmək istəyirəm ki, həmin maddədə nəzərdə tutulmadığı hallarda belə, məhkəmə şəxslərin inzibati qaydada məsuliyyəti çəkdikdən sonra, ölkədən deport olunması ilə barədə əlavə qərar verilə bilər”.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Taleh
    Ay maşallah bizdə pulun ver nə istəyirsən elə pulun olsun əsl yaşamalı ölkədə yaşayırıq. 100 manat cərimələyib 3 balda parçalarına yazın ayıb olmasın.... Avtobus yoluna girəndə 100 manat cərimə gəlir bizimkilərə. Ərəb gəlib şəhidlərimizi tehkir eliyir onları 100 manat cəriməliyirlər, hardadır ədalət??? Bu qədər bu milləti aşaqilamaq olmaz!!!!
    9 months ago
  • Sahir
    Nə inzibati xətalar məcəlləsi,ay savadsız,3 aylıq həbs edilmək o deməkdir ki,cinayət məcəlləsinə görə mühakimə olunacaqlar,3 ay isə istintaq müddətidir
    9 months ago
  • Nurlan
    Ən azından inzibati həbs və ölkədən deportasiya mütləq.
    9 months ago
  • Şahin
    Onlara ən azı 2 il iş verilməli və ya 5 mindən 10 minə kimi cərimə kəsilməlidirki birdə belə qələt etməsinlər başqalarıda ibrət alsın
    9 months ago
  • Nazim
    Cinayət işi başlanılıb. Qəbir və ya meyit üzərində təhqiredici hərəkətə görə məsuliyyətə cəlb edilən şəxs iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    9 months ago
  • Nazim
    Fransız rejim obyektin ərazisinə girmişdi. Yerində güllələyə də bilərdilər.
    9 months ago
  • Ziya
    245 ci maddə ilə iş düşməlidir
    9 months ago
  • Ziya
    245 ci maddə qəbir üzərində təhqir edici maddə ilə iş düşməlidir. ay ramil bu əmlak deyile bu şəhid məzarıdır, təhqir olunub. sənin hüquqşünas təpənə sıçalar. get maddələri yaxşı oxu ay çoban. Şəhidlərimizə hörmət etmək, hər birimizin borcudur.
    9 months ago
  • Renat
    Bu hərəkəti onların ölkəsində etsən edamdı.. bunlara burda üz vermək olmaz. Turist kimi gəlib getsinlər özlərini kimdənsə artıq saymadılar əskikdilər ki artıq deyillər
    9 months ago
  • Kür Şad
    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsinə görə mühakimə olunmalıdır. Qəbirlər üzərində təhqir edici hərəkət maddəsi ilə.
    9 months ago
  • Kür Şad
    Bəs deyirdilər Azərbaycan respublikasının Cinayət məcəlləsinin 245-ci maddəsinə(qəbir üzərində təhqir edici hərəkət)görə mühakimə olunacaq? Nə oldu ? Pul hər şeyi həll edir? Bəs milli heysiyyət? Bəs ictimai rəy? Bunlara ciddi cəza verilməsə başqalarına dərs olmayacaq. Ancaq ərəblər indiyədək bizimkiləri belə əhd etməyiblər.
    9 months ago
  • Kür Şad
    Bəs deyirdilər Azərbaycan respublikasının Cinayət məcəlləsinin 245-ci maddəsinə(qəbir üzərində təhqir edici hərəkət)görə mühakimə olunacaq? Nə oldu ? Pul hər şeyi həll edir? Bəs milli heysiyyət? Bəs ictimai rəy? Bunlara ciddi cəza verilməsə başqalarına dərs olmayacaq. Ancaq ərəblər indiyədək bizimkiləri belə əhd etməyiblər.
    9 months ago
  • Cəbrayıl
    50-100 manat cəza olar. Onda hər gəlib gedən turist and yerimiz, qürur mənbəyimiz olan şəhidlərimizə qarşı qeyri etik hərəkətlər edərək Azərbaycan xalqına qarşı hörmətsizlik edib gedəcəklər. Vətənlərinə qayıtdıqdan sonra da 100 manat ver bütün Azəri mentalitetini alçaldıcı hərəkətlərlə təhqir et deyəcəklər. Bu hərəkətlərə sərt cavab vermək lazımdır.
    9 months ago
  • Xəyyam
    50-100 manat verim senin dedenenin görün helencine təhqir eliyim olar ay bu cəriməni verən adam
    9 months ago
  • Şərif
    Hərəsindən 5-10 min alıb, 50-100 manat cərimə kəsdilər, heç şübhəmiz olmasın, bura azərbaycandır, pulun varsa nələr edə bilməzsən!
    9 months ago
  • Elnur
    100..azna 50azn olar azerbaycanda olan olarin yanina gedenin dosun arasina qoymurlare
    9 months ago
  • Telman Cavadov
    Ən azından 15 sutka verilsin sonrada ölkədən deportasiya olunsunlar
    9 months ago
  • Haller
    ...bes bir fransiz turiste niye bir nece il ceza verilmisdi?!... O da xirda xuliqanliq etmisdi...vaqona boya cekmisdi ve onlar da uc nefer idi, sadece o fransiz oldugu ucun...yani Makrona gore cezalandi...bu erebler ise seyxe gore 50 manat!?...edalet bele olur?!!!...
    9 months ago