Əri onu döyüb bu hala saldı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Əri onu döyüb bu hala saldı - Foto

Hadisə

26 Fevral 2021 17:14 955


Türkiyənin İstanbul şəhərində şok ailə cinayəti olub.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, şəhərin Bayrampaşa qəsəbəsində 20 yaşlı Tülay adlı qadını əri telefonla döyüb. Məlumata görə, 1 il əvvəl toydan sonrakı gündən arvadına şiddət göstərdiyi deyilən ər əvvəlcə telefonla, daha sonra  yumruqla qadının gözünə zərbə vurub. Buna səbəb isə qadının telefonda videoya baxması olub.

İddiada bildirilir ki, ər arvadının telefonda videoya baxdığını görüb, telefonu götürüb izləyəndə isə qəfil ekrana oğlan görüntüləri gəlib. Bundan hiddətlənən ər “Sən camaatı izləyirsən?” deyə, telefonu 20 yaşlı arvadının gözünə çırpıb, sonra gözünə zərbə vurub. pizza

Gözündən qan axan gənc qadın əri evdən gedən kimi, dərhal qonşuya qaçıb və polisə xəbər verib. Polisin saxladığı kişi isə ifadəsi alınandan sonra sərbəst buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!