Diyarbəkirdə qorxunc hadisə yaşanıb. İhsan Müjdəci adlı şəxs uşaqlarının gözü qarşısında həyat yoldaşının üzərinə qaynar yağ töküb.
Yenisabah.az xəbər verir ki, hadisə nəticəsində Meral Müjdəci adlı qadın ikinci dərəcəli yanıq xəsarəti alıb. Zərərçəkənin qışqırdığını eşidən qonşular hadisə yerinə polis çağırıb. Həmçinin təcili yardım əməkdaşları da cəlb edilib.
İhsan Müjdəci polis tərəfindən nəzarətə götürülüb, daha sonra isə məhkəmə qərarı ilə həbs edilib. Məsələ ilə bağlı açıqlama verən Meral Müjdəci isə ərinin həbsdən çıxacağı təqdirdə onu öldürəcəyini vurğulayıb: Toyuqlu pizza
“Ölmək istəmirəm. Həbsxanadan çıxsa, geri dönüş yoxdur, məni mütləq öldürəcək”.
Telegram kanalımız