"Ərimdən küsmüşəm, danışmırıq".
Yenisabah.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Ülviyyə Namazova deyib.
İfaçı ərinin çox qısqanc olduğunu və geyimlərinə qarışdığını bildirib: Sezar pizza
"Həddindən artıq qısqancdır. Hər şeyə qarışır. Geyimimə, getdiyim yerlərə və s. Kimsə mənə mesaj yazırsa, ona da qarışır ki, o sənə niyə elə yazdı?
O insan mənə heç vaxt xəyanət etməyib. Buna görə ona təşəkkür edirəm. Eləsə də, mənə hiss etdirməyib. Məni hamıya qısqanır. Qadınlara belə..."
Telegram kanalımız