Ərimi polisə apardılar, cərimə ödəməli olduq - Video

saytların hazırlanması

Evə çatdırılma

Ərimi polisə apardılar, cərimə ödəməli olduq - Video

Şou

13 Mart 2024 08:51 1625


Xalq artisti Afaq Bəşirqızı əri Əhməd Təhməzovla tanışlığından danışıb.

Yenisabah.az xəbər verir ki, o, "Zarafat bir yana" proqramında əhvalatı nəql edib:

"Çətin günlərim idi. O vaxt qərar çıxdı ki, tanınmışların uşaqları mərkəzdə işləməmlidir. Getdim Sumqayıt Teatrına. Bizim teatrın yanında bir kafe var idi. Teatrın aktyorları orada yemək yeyirdi. Toyuqlu pizza

Əhməd zavodda komsomol katibi idi. Mən kafedən çıxanda mənə elə gəldi ki, Əhməd mənə söz atdı. Qırğın başladı. Çanta almışdım, alverçidən. Pulunu 3 dəfəyə ödəyəcəkdim. Çantanı ona vururdum ki, göydə tutdu və cırdı. İçində kirşanım var idi, o da sındı.

Getdim verdim polisə. Hamı dedi ki, ərizəni geri götür. Götürmədim.

Sonra evləndik, toyun səhəri günü gəlib kişini apardılar. Yadımdan çıxıb, ərizəni götürməmişdim. Onda da cərimə vermək lazım idi. Cəriməni ödədik, kişini buraxdılar.

Hələ də deyirəm, mənə söz atmısan, boynuna almır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!