Ərinə görə özünü güllənin qarşısına atdı   - Şəmkirdəki hadisənin təfərrüatı

saytların hazırlanması

Evə çatdırılma

Ərinə görə özünü güllənin qarşısına atdı - Şəmkirdəki hadisənin təfərrüatı

Kriminal

08 Avqust 2021 16:57 1688


Şəmkir şəhərində qadının qayınatası tərəfindən güllələnməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.

Yenisabah.az xəbər verir ki, gecə saatlarında Şəmkir rayon Yeni Həyat kəndində yaşayan, 1959-cu il təvəllüdlü Həsənov Sahib Nəriman oğlu evdə olan ov tüfəngi ilə atəş açaraq oğlu, Nicat Həsənovun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızını qarın boşluğundan güllələyib.

Kənd sakinlərinin dediyinə görə, əslində mübahisə ata ilə oğlu arasında yaşanıb. S. Həsənov qoşa lüləli ov tüfəngi ilə oğlu tərəfə atəş açıb, bu zaman gəlin həyat yoldaşının qarşısına keçib və güllə ona dəyib: pizza mizza

“Sakit ailə olublar, daha əvvəl ciddi mübahisələrini nə eşitmişik, nə də görməmişik. Zəhmətkeş ailədirlər, kənd təsərrüfatı ilə məşğuldurlar. Əkdikləri göy-göyərtini satıb dolanırlar. Kişinin iki oğlu var, biri subaydır. Hamsı bir evdə yaşayırlar. Mübahisə nə üstündə olub dəqiq bilmirik. Amma kişi bəzən içirdi.

Yəqin sərxoş olub, əsəbləşib deyə bu hal yaşanıb. Qadının qayınatası ilə bir probleminin olduğunu da eşitməmişik, sakit qadın idi. Elə qayınatası da kənddə sakit bir insan kimi tanınır. Eşitdik, özümüz də məəttəl qaldıq bu olanlara”,deyə, kənd sakini bildirib.

Qeyd edək ki, ağır xəsarətlər alan S.Qasımova Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!