Ərini öldürmək istəyən qadın saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Ərini öldürmək istəyən qadın saxlanıldı 

Hadisə

27 Avqust 2024 10:25 517


Bakının Nizami rayonu ərazisində əri 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  Marqarita pizza

"Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir", - məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!