Sumqayıtda ərinin maşınını satmaq üçün sayta yerləşdirən qadın dələduzluqla üzləşib.
“Yeni Sabah” xəbər verir ki, 1989-cu il təvəllüdlü İlyasova Samirə həyat yoldaşı İsmayılov İlqara məxsus “Hyundai” markalı avtomobili satmaq üçün “Tap.az” saytına yerləşdirib. Bundan sonra tanımadığı şəxs onu avtomobili alacağına inandıraraq ondan “whatsapp” tətbiqi vasitəsilə kart məlumatlarını göndərməyini istəyib. S. İlyasova ona kart hesabını verdikdə tanımadığı şəxs onun balansından 1890 manat pulunu çıxararaq ona qarşı dələduzluq edib. Samirə İlyasova bununla bağlı Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza
Nəzrin Cavadzadə
Telegram kanalımız