Milli Məclisə növbədənkənar seçkilərdə deputat seçilən Erkin Qədirli parlamentin iki komitəsinin üzvü olacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Erkin Qədirli özünün “Facebook” hesabında bildirib.
O bildirib ki, bu gün Milli Məclisin Aparatında olub, deputat nişanını və rəsmi blankları alıb. Pepperoni pizza
“Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər”,- deyə Erkin Qədirli əlavə edib.
Erkin Qədirli Milli Məclisin iki komitəsinə yazıldığını bildirib:
“Əsas komitəm Hüquq siyasəti və dövlət quruculuğudur. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə də üzv yazıldım”.
Qeyd edək ki, Erkin Qədirli fevralın 9-da keçirilən seçkilərdə 16 Yasamal İkinci Seçki Dairəsindən deputat seçilib.
Telegram kanalımız