“Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” – İlqar Məmmədov 

saytların hazırlanması

Evə çatdırılma

“Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” – İlqar Məmmədov 

Siyasət

09 Dekabr 2019 12:53 1205


Respublikaçı Alterantiv Partiyasının (REAL) sədri İlqar Məmmədov təşkilatın qurucularından olan Erkin Qədirlinin parlament seçkilərinə qatılmamasına qarşı çıxıb. 

Yenisabah.az-ın məlumatına görə, İlqar Məmmədov bildirib ki, Erkin Qədirli bu mövzu ilə bağlı sərbəst qərar verə bilməz.  “Bu yaxınlarda REAL-ın qurucularından Erkin Qədirli təşkilatımıza gündə bir nalayiq söz qırıntısı atanlara cavab olaraq qarşıdakı parlament seçkilərinə qatılmaq istəmədiyini bildirmişdi. İti düşüncəli beyinlərdə doğmayan, amma iddiası aşıb-daşan mülahizələri dinləyərkən ziyalı adamda bir qədər tərəddüd yarana bilər, bu təbiidir.

Amma REAL-ın qurucu üzvlərindən nə mənim, nə başqasının, nə də o cümlədən Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı ola bilməz. Bu haqqımızı kollektiv kimliyimizə həvalə etmişik və bu kollektiv kimliyimiz hansı qərar verəcəksə, onu icra etməliyik. Marqarita pizza

Bu baxımdan, Erkin Qədirli 9 fevral parlament seçkisində Respublikaçı Alternativin namizədi kimi iştirak edib qalib gəlməlidir. Buna onun özünün də, REAL-ın da siyasi nüfuzu zəmin yaradır. Qərar qətidir, heç kim tərəfindən ləğv edilə, dəyişdirilə və ya təfsir oluna bilməz”, - deyə REAL  sədri vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!