Ərli qadının intim görüntüləri ilə şantaj olunması barədə yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Ərli qadının intim görüntüləri ilə şantaj olunması barədə yeni xəbər

Kriminal

07 Mart 2021 16:15 1413


Bakıda qadını şantaj etməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Teymur Sadiqi-Raşidinin apelyasiya şikayətinə baxılıb.

Yenisabah.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.

Teymur Sadiqi-Rəşidinin barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb. pizza

İttihama görə, Teymur Sadiqi-Raşidi 2015-ci ildən 2020-ci ilin yanvar ayının əvvələrinədək qeyri-rəsmi ər-arvad münasibətində olduğu Sahibə Vəliyeva (ad-soyad şərti verilib-red.) ilə müxtəlif vaxtlarda birlikdə çəkdirdiyi fotoşəkilləri, eləcə də, “WhatsApp” ani mesajlaşma sistemi ilə aparılan danışıqları onun rəsmi nikahda olan əri Sadiq Vəliyevə və digər ailə üzvlərinə göndərəcəyini bildirib.

Teymur Sadiqi-Raşidi Sahibə Vəliyevanın haqqında rüsvayçı məlumatları yayma hədəsi ilə 2020-ci ilin mart ayının əvvələrində ondan 10.000 ABŞ dolları tələb edib.

Sahibə Vəliyevanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə vermiş olduğu ərizə əsasında əməliyyat keçirilib. Teymur Sadiqi-Raşidi Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketin qarşısında Sahibə Vəliyevadan 1000 manatı alarkən saxlanılıb.

İstintaq orqanı tərəfindən Teymur Sadiqi-Raşidinin barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Sadiqi-Rəşidi 8 il müddətinə azadlıqdan məhrum edilib.  /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!