Erməni deputat: “Azərbaycan əsgərləri o qədər yaxındır ki…”

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat: “Azərbaycan əsgərləri o qədər yaxındır ki…”

Rəsmi

08 Noyabr 2022 21:25 1649


“Mövqelər arasında cəmi bir neçə metr məsafə var, hətta Azərbaycan əsgərlərinin üzləri də görünür”.

KONKRET.az xəbər verir ki, bunu “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan jurnalistlərə müsahibəsində deyib. O, sərhəddə hərbi əməliyyatlar nəticəsində yaranmış vəziyyətdən danışıb.

“Biz Cermuk bölməsindəki sərhəd mövqelərinə baş çəkdik, baş verənləri öz gözlərimizlə gördük2, – deputat deyib. Dördpendirli pizza

O qeyd edib ki, Azərbaycan Ordusunun mövqelərinin o qədər yaxın yerlərdə yerləşir ki, hətta onlar əsgərlərin simalarını da görürlər.

“Bəli, sərhəd xəttindən həm durbinlə, həm də adi gözlə düşmən mövqelərinin göründüyü yerlər var. Xoznavarda elə yer var ki, orada mövqelər arasında cəmi bir neçə metr fərq var və hətta əsgərlərin üzləri görünür. Sentyabrın 13-də onların irəliləməsindən sonra yaranmış vəziyyət bizə öz mövqelərimizdən onların mövqelərini görməyə imkan verir”, – deyə Xaçatryan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!