“Erməni dəstələri Naxçıvana da təcavüz etməyə çalışacaq” – Baxçalıdan bəyanat 

saytların hazırlanması

Evə çatdırılma

“Erməni dəstələri Naxçıvana da təcavüz etməyə çalışacaq” – Baxçalıdan bəyanat 

Siyasət

06 Oktyabr 2020 14:41 4362


Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ermənistanı qatil dövlət adlandırıb. 

Yenisabah.az xəbər verir ki, MHP sədri partiyasının toplantısında Qarabağda başlayan yeni eskalasiya barədə danışarkən belə deyib. “İrəvanın siyasi rəhbərliyi ilan başlı kukladır. Türk millətini düşmən kimi qəbul edirlər”, - deyə o bildirib.

Dövlət Baxçalı həmçinin qeyd edib ki, ATƏT tərəfindən yaradılan Minsk Qrupu münaqişənin həllini müşkülə çevirib. Marqarita pizza

“Artıq bıçaq sümüyə dirənib. Azərbaycanın işğal olunan torpaqlarını azad etmədən dayanması mümkün deyil. Qanımızla Azərbaycanın yanındayıq. Dağlıq Qarabağın azad edilməsi üçün duaçıyıq.

Naxçıvan da Bakı ilə birlikdə olmalıdır. Yoxsa erməni dəstələri ora da təcavüz etməyə çalışacaqlar. Münqaişənin danışıqlar yolu ilə həlli tələdir”, - deyə partiya sədri bəyan edib.

Dövlət Baxçalı bildirib ki, problemin tək həlli yolu Ermənistan Azərbaycan ərazilərindən tamamilə çıxmalıdır.

“Bəzi ölkələrin atəşkəs çağırışları yersizdir. Makronun Suriyada döyüşən 300 mücahidin bölgəyə gətirilməsi barədə yalanı şizofreniya əlamətidir”, - deyə MHP sədri vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!