Əsgərlərin cəsədlərinin torbalarda gizlədilməsi Ermənistanı qarışdırdı   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlərin cəsədlərinin torbalarda gizlədilməsi Ermənistanı qarışdırdı - Etiraz

Rəsmi

01 İyun 2021 16:17 2075


“Dünən Abovyanın xəstəxanalarından birinin meyitxana zirzəmisində ortaya çıxan dəhşətli mənzərə - torbalarda bir-birinin üstünə yığılmış əsgərlərin cəsədləri yalnız onların valideynlərini deyil, həm də bütün zəkalı insanları şoka salıb”.

Yenisabah.az “Armenian News”-a istinadla xəbər verir ki, bu fikirlər “Nəsillər üçün Həqiqət” Təşəbbüsünün yaydığı açıqlamada yer alıb. 

Bəyanatda xüsusilə qeyd olunur: “Bu mənzərəni gördükdən sonra məğlubiyyət, təslimçilik simvolunun yanında duracaq kimsə varmı? pizza

Dəfələrlə bildirdik ki, təslimçi və arvadı uzun müddət qurbanların həqiqi sayını gizlədib, bu və ya digər mərhumun cəsədlərinin qohumlarına və valideynlərinə nə vaxt veriləcəyinə şəxsən qərar veriblər. Qurbanların siyahısında neçə adın açıqlanmasına da”.

Bəyanat müəllifləri Abovyandakı dəhşətli mənzərəyə görə hazırkı baş nazir kimi, keçmiş səhiyyə naziri Arsen Torosyan da məsuliyyət daşıdığını və qanunla nəzərdə tutulmuş ən sərt cəzaya layiq görülməsini tələb ediblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!