Erməni futbolçuya xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Erməni futbolçuya xəbərdarlıq edildi

İdman

30 Oktyabr 2020 16:40 1406


Slovakiya Futbol İttifaqı "Jilina"nın üzvü Vahan Bıçakçıyana xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, buna səbəb 21 yaşlı yarımmüdafiəçinin Slovakiya Super Liqasında DAK-la matçda təxribata yol verməsidir.

Bıçakçıyan qol vurduqdan sonra oyun geyiminin altındakı futbolkanın üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirib. pizza mizza

Məsələ ilə bağlı AFFA tərəfindən SFZ-yə məktub ünvanlanıb, mövcud qaydalara əsasən futbol matçları zamanı hər hansı siyasi şüarların səsləndirilməsinin və ya nümayişinin qadağan olunduğu qeyd edilib.

Assosiasiyanın müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə İntizam Komitəsi tərəfindən baxılıb və Vahan Bıçakçıyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq olunub.

UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət edib,

UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!