Tanınmış filosof, fəlsəfə üzrə elmlər doktoru, professor Əli Abbasovun “Yeni Sabah”a müsahibəsi:
- Əli müəllim, bildiyiniz kimi, müharibədən 2 ildən çox vaxt keçib. Amm ermənilərlə azərbaycanlılar arasında "buzları" əritmək hələ də mümkün olmayıb. Hər iki ölkənin mediasında və sosial şəbəkəsində qarşılıqlı aqresiya müşahidə olunur. Buna səbəb nədir? Niyə müharibənin başa çatmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bizə düşmən kimi baxmaqdan vaz keçmir?
- Burada ermənilərlə bağlı bir neçə vacib məsələ var. Birincisi, Azərbaycan tərəfi bu günə qədər dəqiq deməyib ki, hansı ermənilərlə necə bir razılığa gedir. Mənə görə, yaxşı olardı ki, Ermənistan erməniləriylə bir formada olsun, Qarabağ erməniləriylə isə başqa formada. Onda bu danışıqları aparmaq mümkün olardı. Toyuqlu pizza
Hələlik bunu bir-birindən ayırmırlar. Ona görə də bilmirəm ki, bunu bilə-bilə edirlər, yoxsa burada nə var? Hər halda müharibədən sonra keçən bu 2 ildə danışıqlar müstəvisində ciddi uğur əldə olunmayıb.
- Sizcə, niyə müharibədən sonra xalq diplomatiyası işə düşmədi? Niyə yazıçılar, bəstəkarlar, ictimaiyyət nümayəndələri erməni həmkarlarıyla görüşmədi? Yaxud niyə eyni addım qarşı tərəfdən də atılmadı?
- Belə demək olmaz. Görüşlər olub, amma mətbuatın bundan xəbəri yoxdur. Amma gürcülərin xəttiylə Gürcüstanda belə görüşlər olub. Problem ondadır ki, bu görüşlər elə aşağı səviyyəyə düşmüşdü ki, xalq diplomatiyasının xeyri yox idi. İndi yavaş-yavaş bərpa olunur, amma bu da hər iki dövlətdən asılıdır. Əgər dövlət buna hansısa bir nüfuz versə, onda bunu davam etdirmək olar.
- Əgər xalq diplomatiyası işə düşsə, siz bir ziyalı, bir filosof kimi bu prosesdə iştirak etməyə hazırsınız?
- Demək olar ki, mən nəinki hazıram, hətta müharibədən sonrakı 2 formatda mən iştirak edirəm. Təbii ki, indi bunun davamı yoxdur, amma olsa, mən iştirak edirəm. Ondan başqa Qarabağ Azadlıq Təşkilatı var idi, mən oranın üzvü olmasam da, onlarla bu elmi işləri aparmışıq. Bizim Qarabağla bağlı tətqiqatlarımız olub. O formatda da mən iştirak edirəm. Bilirsiniz ki, ermənilərlə bərabər yazılmış birinci və sonuncu kitabın müəlliflərindən biri mənəm. Digər müəllif isə ermənidir. Həmin kitabda Qarabağ münaqişəsinin həll olunma variantları var.
- Siz bu düşmənçiliyin aradan qaldırılması üçün ermənilərə əl uzatmağa hazırsınızmı? Nə vaxtsa, erməni həmkarınız Bakıya gəlsə, onu evinizə qonaq dəvət edərsinizmi?
- Problem ondadır ki, yuxarı səviyyədə siyasilər nə qədər danışsa da, aşağıda xalqların arasında hansısa bir əməkdaşlıq olmalıdır. Bax, bunu da, ancaq və ancaq xalq diplomatiyası yolu ilə həll etmək olar. Bir də ki, siyasətçilərlə xalq diplomatiyası nümayəndələrinin proqramları elə də yaxın deyil. İnsanlar bunu başa düşmürlər, ya da onlara izah etmirlər, informasiya vermirlər. Ona görə də xalq diplomatiyası var və əsas üsul kimi qalır.
Rafi MÜSLÜMOV
Telegram kanalımız