Erməni KİV: “Paşinyan Arutyunyanı şantaj edir“

saytların hazırlanması

Evə çatdırılma

Erməni KİV: “Paşinyan Arutyunyanı şantaj edir“

Rəsmi

28 Aprel 2022 12:35 609


"Son bir həftə ərzində Ermənistan hakimiyyəti Artsax Respublikasının hakimiyyətinə görünməmiş təzyiqlər göstərərək, onların Ermənistanda baş verən daxili-siyasi proseslərə qarışmamasına çalışır".

Yenisabah.az Armenia News-a verir ki, Ermənistan daxilində belə bir şüur ​​var ki, Ermənistanın bu hökumətinin dəyişməz qalması qaçılmaz olaraq “Artsax”ın təslim olmasına gətirib çıxaracaq. 

KİV yazır ki, Qarabağdakı mənbələrin bildirdiyinə görə, Nikol Paşinyan Arayik Arutyunyana və onun ətrafına qarşı aşkar şantaj vasitələrindən istifadə edir, birbaşa hədələyir ki, onun göstərişlərinə əməl etməsələr, onlar üçün çox pis olacaq. pizza sifarişi

Məlumata görə, Arutyunyan yaxın çevrəsində iki daşın arasında qaldığından şikayətlənir. "Bu gün elə bir reallıq yaranıb ki, bir tərəfdən “Artsax” xalqının bu gün küçələrdə qondarma respublikanı müdafiə edən qüvvələrin yanında olmaq istəyi və iddiaları, digər tərəfdən isə Paşinyanın ona çatdırdığı təhdidlərdir. Arutyunyanın qondarma respublikanı müdafiə etmək üçün konkret addım atacağı və ya Paşinyanın təzyiqinə hörmətlə yanaşacağı yaxın gələcəkdə bilinəcək” – erməni mənbə bildirib.

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!