Erməni nazir ATƏT sədri ilə görüşdə sərsəmlədi

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir ATƏT sədri ilə görüşdə sərsəmlədi

Rəsmi

01 Aprel 2022 16:17 680


“Biz gözləyirik ki, “Dağlıq Qarabağ münaqişəsi” ATƏT-in gündəliyində qalacaq”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın Xarici İşlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında bildirib.

“Bu vəziyyətdə ATƏT-in fəaliyyətdə olan sədrinin və beynəlxalq ictimaiyyətin aydın reaksiyası imperativ olur. Biz gözləyirik ki, ATƏT-in Minsk Qrupu həmsədrləri hərtərəfli sülh sazişinin imzalanması üçün tezliklə sülh danışıqları təşkil edə biləcəklər”. Sezar pizza

Mirzoyan Fərrux kəndinin Azərbaycan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsini xatırladıb və bunun əvvəlcədən planlaşdırılmış “təcavüz” olduğunu bildirib.

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau bu gün İrəvana işgüzar səfərə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!