“Erməni xalqı bilməlidir, həmin əraziləri də itirdik” - Akopyan

saytların hazırlanması

Evə çatdırılma

“Erməni xalqı bilməlidir, həmin əraziləri də itirdik” - Akopyan

Siyasət

05 Yanvar 2025 13:53 1626


“2024-cü il 2023-lə müqayisədə Ermənistan üçün ən sakit il kimi yadda qalsa da, ərazi itkilərimiz oldu”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan deyib.

O, erməni xalqının iqtidar və müxalifət nümayəndələrinin açıqladıqlarından daha çox məlumatı bilməli olduğunu qeyd edib: Toyuqlu pizza

“2024-cü ildə Sovet Azərbaycanına məxsus olan bəzi ərazilər onlara geri qaytarıldı. Halbuki, hazırda oralara Ermənistan nəzarət edirdi. İrəvan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini rəsmi şəkildə Azərbaycana təhvil verdi. Nəticədə həmin kəndlərə qonşu olan ərazilərin demək olar ki, yarısını da itirdik. Noyemberyan-İrəvan və Gürcüstana gedən dövlətlərarası yollar əlimizdən çıxdı. Qonşu kəndlərdən yeni yollar çəkildi. İndi isə deyirlər ki, ötən il ərazi itirməmişik. Erməni xalqı həqiqəti bilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!