Ermənilər Ağdamdakı tarixi eksponatları özləri ilə aparıblar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Ağdamdakı tarixi eksponatları özləri ilə aparıblar

Hadisə

08 Noyabr 2020 16:00 1889


Ermənilər işğal altındakı Ağdam rayonunda yerləşən Şahbulaq qalasında apardıqları qanunsuz arxeoloji qazıntıları zamanı aşkar etdikləri eksponatları, maddi-mədəniyyət nümunələrini, antropoloji parçaları naməlum yerlərə aparıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə arxeoloji ekspedisiya qrupunun "rəhbəri" Hamlet Petrosyan özünün feysbuk səhifəsində məlumat verib.

Qeyd edək ki, 2006-ci ildən başlayaraq ermənilər Ağdam rayonunda yerləşən Şahbulaq qalasında qazıntılar həyata keçirir. İşğaldan sonra qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcədə daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub. Pepperoni pizza

Ermənilər apardıqları qazıntılar zamanı eradan əvvəl və ilkin orta əsrlərə dair tapıntıları mənimsəyib.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!