Ermənilər Ağdamı minaatanlarla atəşə tutub: Yaralılarımız var

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Ağdamı minaatanlarla atəşə tutub: Yaralılarımız var

Hadisə

19 Sentyabr 2023 12:30 9560


Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. pizza hut

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!