Fevralın 20-də Ermənistana Avropa İttifaqının 100 mülki müşahidəçisi gəlib, onlardan 50-si silahsızdır, qalan 50-nin isə nə ilə silahlandığı məlum deyil.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib.
Qəzet yazır ki, indiyədək Aİ müşahidəçilərinin hansı funksiyanı yerinə yetirəcəkləri dəqiq bilinmir: pizza
“Onların sərhəd bölgələrində sabitliyə töhfə verəcəkləri, insanlar üçün etimad və təhlükəsizliyin yaradılmasına kömək edəcəkləri, eləcə də AB müşahidəçiləri üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması mühitinin yaradılmasına dəstək verəcəkləri açıqlanıb.
Emrəni nəşrinin məlumatına görə, müşahidəçilər Ermənistana 2 il müddətinə gəliblər və onların operativ qərargahı Yeğeqnadzorda (Keşişkənd) yerləşir:
“Lakin sərhəd icmalarında müşahidə aparmaq üçün onlar tərəfindən qruplar yaradılıb. Məsələn, Geğarkunik (Göyçə) mərzinin sərhəd rayonlarını müşahidə etmək üçün yaradılan qrup Martuni (Aşağı Qaranlıq) şəhərində, daha doğrusu, şəhər kənarındakı otellərdən birində yerləşdirilib. Baxmayaraq ki, Azərbaycanla sərhəddə yerləşən Vardenis (Basarkeçər) bölgəsində vaxtaşırı silahlı toqquşmalar və insidentlər baş verir. Yəqin ki, Aİ müşahidəçiləri nisbətən təhlükəsiz ərazidə yerləşməyə üstünlük veriblər”.
Telegram kanalımız