“Ermənilər artıq bir-birlərini yeməyə başlayıb” – Gülər Əhmədova

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər artıq bir-birlərini yeməyə başlayıb” – Gülər Əhmədova

Siyasət

31 Oktyabr 2020 10:35 2544


Son günlər erməni cəmiyyətində Paşinyan hakimiyyətinə təzyiqlər artmaqdadır. Artıq baş nazirin ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur. Məğlub xalqın bəzi nümayəndələri Ermənistan əhalisini oyatmağa çalışır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş deputat Gülər Əhmədova erməni xalqında daxili çəkişmələrin başladığını qeyd edib:

“Artıq Ermənistanda insanlarda narahatlıq var, diaspora ilə Yerevan erməniləri arasında ciddi problemlər yaşanır. Çünki onlar diasporanın tələblərini həyata keçirmirlər, diasporanın etdikləri ilə razı deyillər. Mən bir neçə gündür diasporanın “dili” olan insanların “YouTube”dan etdikləri müraciətlərə qulaq asıram. Birmənalı şəkildə sizə deyirəm ki, çox böyük məğlubiyyət içərisindədirlər. Hətta deyirlər ki, “Bir halda ki, biz deyənə qulaq asmadınız, indi gözləyin  türklər gəlib sizi 15-ci ildəki kimi Yerevanda öldürəcəklər”. Artıq əlaqələr qırılıb. Bir var ordunun, əhalinin vəziyyəti, psixoloji durumu, biri də var ki, daxili çəkişmə. Artıq bir-birlərini yeməyə başlayıblar. Nikol Paşinyana, arvadına deyirlər ki, “sən korrupsionersən, sən bizim orduya göndərdiyimiz pulları istifadə eləmədin”. pizza sifarişi

İndi də deyirlər ki, guya Qarabağa Paşinyanın arvadı, 13 rəfiqəsi gələcək və s. Mən axşamlar oturub qulaq asıram ki, görüm diasporalar nələr danışırlar, nə müraciət edirlər. Diqqətlə qulaq asıram, görürəm ki, artıq onlarda demaralizasiya yaranıb, bir-birlərini “yeyirlər”.

G.Əhmədova artıq Ermənistanın öz “dostlarını” itirdiyini  bildirib:

“Çünki bir tərəfdən onlara qorxu gəlib, ikinci tərəfdən də güvəndikləri bütün dağlara qar yağıb. İş o yerə çatıb ki, Çindən, Hindistandan kömək istəyirlər, onlar kimi partnyorlar axtarırlar. Artıq onların dost siyahısında Rusiya, Fransa yoxdur, təsəvvür edirsiniz? Bundan sonra Çini, İranı, Hindistanı dost kimi görürlər. Fikrimcə, tezliklə İran da o siyahıdan çıxacaq. Ermənistan artıq yönünü itirib, hansı tərəfə gedəcəyini, işıq gələn tərəfin harada olduğunu bilmir”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!