Ermənilər “ASAN xidmət”in də ideyasını oğurladılar - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər “ASAN xidmət”in də ideyasını oğurladılar - Foto

Hadisə

23 İyun 2021 19:16 2388


Bugün Ermənistanın Gümrü şəhərində dövlət xidmətlərini bir məkanda birləşdirən ofisin açılışı olub.

Yenisabah.az xəbər verir ki, ofisdə Şirak bölgəsində yaşayan ermənilər üçün 110 dövlət xidməti – o cümlədən, Ədliyyə Nazirliyi, polisin pasport-viza idarəsi, Əmək və Sosial Təminat Nazirliyinin Sosial Təminat Xidməti, Milli Arxiv və s. qurumların xidmətləri bir məkanda birləşir.

Dövlət xidmətlərini bir mərkəzdə birləşdirəcək sistemin qurulmasına ötən ildən başlanılıb. Məqsəd vətəndaşların öz problem və ehtiyaclarını həll etmələri üçün bir qurumdan digərinə getmələrinin, vaxt itirmələrinin qarşısını almaqdır.  pizza hut

Xatırladaq ki, konsepsiya və stuktur baxımından Ermənistanda fəaliyyət göstərən dövlət xidmətlərinin birgə ofisi Azərbaycanda hələ 2012-ci ilin iyulunda yaradılmış “ASAN xidmət”lə eynilik təşkil edir./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!