Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu

Siyasət

15 Sentyabr 2020 09:42 742


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı və Ağdam kəndlərində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Sezar pizza

İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!