Ermənilər Azərbaycan dili öyrənir - xüsusi mərkəz açılıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Azərbaycan dili öyrənir - xüsusi mərkəz açılıb

Rəsmi

06 Sentyabr 2021 10:25 1969


“Ermənistanda son bir ildə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artıb”

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən 1-ci kanal reportaj hazırlayıb. 

Reportajda bildirilir ki, Azərbaycan dilinin tədrisi ilə bağlı müraciətləri təmin etmək üçün Ermənistanda Azərbaycan dili Mərkəzi açılıb. Pepperoni pizza

Həmin Mərkəzdə Azərbaycan dilinin qrammatikası, ədəbi dili və yazılı nitqi ilə yanaşı danışıq dili də tədris ediləcək.

Tədrisə Ermənistanın şərqşünas alimləri ilə yanaşı, bu dildə yaxşı danışan erməni vətəndaşları cəlb ediləcək. 

Eyni zamanda, Ermənistan hakimiyyəti, müvafiq dövlət strukturları Azərbaycan dilinin erməni vətəndaşlarına öyrədilməsində maraqlıdır.

Mərkəzin yaradıcılarından biri Aşot Movsesyan hesab edir ki, bu addım gələcəkdə Azərbaycanla mübarizədə mühüm rol oynayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!