Ermənilər Azərbaycana qarşı aksiya keçirdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Azərbaycana qarşı aksiya keçirdi - Fotolar

Maraqlı

26 İyul 2023 16:43 814


Tehranda ermənilər Azərbaycana qarşı etiraz aksiyası keçirib. 

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. 

Aksiya iştirakçıları Tehranda erməni kilisəsinin önünə toplaşaraq Azərbaycan Respublikasının guya Qarabağı mühasirədə saxladığını iddia edib.   Dördpendirli pizza

İran hökumətinin razılığı ilə keçirilən aksiyada Azərbaycana qarşı şüarlar səsləndirilib, çıxışlar edilib. 

Aksiyaya toplaşan ermənilər əllərində "NATO-nun Turan dəhlizinə yox", "Artsaxın mühasirəsinə son verilsin", "Bakının Qafqazdakı hegomonluğuna yox deyirik", "Qafqazda erməni xalqının təhlükəsizliyi təmin edilməlidir" kimi şüarlar yazılan plakatlar qaldırıblar. 

Aksiyaçılar qarşısında çıxış edən erməni keşişlər və başqaları İran rəsmilərinin Zəngəzur dəhlizi barədə iddialarını təkrar edib, İrana bununla bağlı mövqeyinə görə təşəkkür ediblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!