Ermənilər Azərbaycandan kömək istəyirlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Azərbaycandan kömək istəyirlər

Maraqlı

26 Noyabr 2020 15:57 1846


Rusiyanın İrəvandakı səfirliyinin inzibati binası qarşısında etiraz aksiyası keçirilir.

Yenisabah.az xəbər verir ki, Qarabağdakı döyüşlər zamanı itkin düşən əsgərlərin valideynləri Rusiya Prezidenti Vladimir Putindən itkin düşənlərin axtarışı ilə əlaqədar əməliyyatlarda Azərbaycan rəhbərliyinə müraciət etməsini xahiş edirlər.

Aksiyaçılar səfirliyə vəsatət məktubu göndərib və Rusiyanı hərbi qulluqçuların tapılması istiqamətində daha aktiv addımlar atmağa çağırıblar. Bəziləri isə səfirlikdə konsulla görüşməyə gedib. Marqarita pizza

İştirakçılardan biri Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Ermənistan Müdafiə Nazirliyinə və hökumətə müraciət etdiklərini, ancaq heç bir nəticə əldə edə bilmədiklərini bildirib.

İtkin əsgərlərin valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanla ötəngünkü görüşdən razı qalmadıqlarını deyir.

İtkin düşən əsgərlərin valideynləri hesab edir ki, erməni tərəfinin itkilərinin əksəriyyəti Cəbrayıl və Hadrutda olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!