"Qazaxıstanın sərhəd mühafizə xidmətinin Xəzər dənizində Azərbaycan vətəndaşlarına qarşı silah işlətməsi "Bu ölkədə son vaxtlar nə baş verir?" sualını ortaya qoyur. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında daha sıx əməkdaşlıq etdiyi məhz bu ölkədir. Qazaxıstanla Xəzər dənizinin hüquqi konvesiyası üzrə heç bir problem yoxdur və tərəflər sahil xəttini müəyyənləşdiriblər".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycan daima dost və qardaş ölkəni bütün platformalarda dəstəkləyib: "Nursultan Nazarabayevin prezidentliyi dönəmində bu ölkə KTMT və Avrasiya İttifaqı çərçivəsində Ermənistanın Azərbaycana qarşı bütün təxribatlarının qarşısını alıb və Bakı-Astana əlaqələri öz yüksəliş dönəminə daxil olub. N. Nazarbayev prezidentlikdən getdikdən sonra bu ölkədə vəziyyət 180 dərəcə dəyişib. Ölkə daxilində Rusiya faktoru önə çıxıb. Həmçinin daxildə hakimiyyətə qarşı etirazlar baş qaldırır. Ötən gün Qazaxıstan senatının sədri N.Nazarbayevin qızı D. Nazarabyevin vəzifədən çıxarılması və bu kimi problemlər Rusiya-Çin və ABŞ-ın maraq toqquşmasının nəticəsidir".
Ekspert qeyd edib ki, Azərbaycanla Qazaxıstanın arasına girən müəyyən qüvvələr var: "Onlar hər iki ölkənin əməkdaşlığından narahatdırlar. Ermənilər Qazaxıstanda ruslarla birgə müəyyən gücə malikdir. Prezident C. Tokayevin məhz ermənilərlə müəyən şəkildə yaxın əlaqələri, Rusiya ilə əməkdaşlığa üstünlük verməsi Azərbaycana qarşı münasibətdə müəyyən siyasətə təsir edə bilər. Məhz Xəzər dənizində bu insdentin baş verməsi təsadüfi deyil və rəsmi Bakı ciddi şəkildə bu problemlərin aradan qaldırlmasına çalışmalıdır. Qeyd edim ki, Qazaxıstanda mövqelərimizi gücləndirməliyik. Bu istiqamətdə orada soyadaşlarımızın potensialından istifadə edilməlidir. Hər vəchlə qardaş ölkə ilə münasibətləri yüksək səviyyədə qurmalıyıq. Qazaxıstan N. Nazarbayevin dönəmində millət kimi təşəkkül tapıb və milliliyini ortaya qoyub. Baxmayaraq ki, tarixi köklərə və dövlətçiliyə sahib olub. Amma rusların burada uzun illər əsarəti bu xalqı ciddi şəkildə milli deqradadasiya uğradıb. Bu ölkəyə rəhbər vəzifədə olanların çoxu türk və islam həmrəyliyindən uzaqdı. Ölkəmizin Qazaxısatana notası, bu ölkədə artıq rəsmiləri ayıltmalıdır". Dördpendirli pizza
Telegram kanalımız