Qarabağ savaşını uduzan Ermənistan Azərbaycanla bağlı saxta xəbərlər yayımlamağa davam edir. Belə ki, Ermənistan mətbuatı türkiyəli müğənni Sərdar Ortaç, aktyorlar Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, məşhur aşpaz Burak Özdemir, şoumen Beyazıt Öztürk, Tarkandan sonra indi də azərbaycanlı məşhurları “öldürməyə” başlayıb.
Yenisabah.az xəbər verir ki, Ermənistan mətbuatı bu dəfə aşıq Namiq Fərhadoğlu və prodüser Tarix Əliyevi (Tolik) “öldürüldü” kimi qələmə veriblər. Sosial şəbəkələrdə onları hərbçi kimi təqdim edən ermənilər əsgərlər tərəfindən onların öldürüldüklərini yazıblar.
Telegram kanalımız