Ermənilər bu əraziləri Azərbaycana qaytarır -  Adibekyan açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər bu əraziləri Azərbaycana qaytarır - Adibekyan açıqladı

Siyasət

12 Sentyabr 2024 15:34 3496


Paşinyan 2026-cı il seçkilərinə hazırlaşır. Xarici oyunçular - Avropa, Rusiya və Türkiyə razılığa gəlib ki, 2026-cı ilə qədər Paşinyan hakimiyyətdə olacaq. Bu oyunçuların heç biri Paşinyanın əleyhinə olacaq addım atmayacaq, müxalifətə dəstək verməyəcək. Buna görə də Paşinyan 2026-cı ilə qədər sülh sazişini imzalamaq və cəmiyyətə sülh gətirdiyini göstərmək istəyir. 

Yenisabahr.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Armine Adibekyan deyib. 

Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq üçün Əliyevin dediklərini təkrarlayır.  pizza sifarişi

“Əliyev deyir ki, bizə vasitəçi lazım deyil, Paşinyan bunu təsdiq edir. Əliyev deyir ki, Göyçəni qaytar, Paşinyan bir azdan bunu dilə gətirəcək. Artıq Vardenis (Basarkeçər) əhalisini saymağa başlayıblar, bu o deməkdir ki, həmin əraziləri Azərbaycana qaytaracaqlar, oradakı əhalini çıxaracaqlar. Tiqranaşen (Kərki) artıq qaytarılmaq üçün hazırdır. Zəngəzur dəhlizi də hazırdır. Dəhlizlə bağlı əsas məsələlər razılaşdırılıb, indi orada kimin dayanacağı müzakirə edilir”, - o iddia edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!