Ermənilər bu istiqamətdə yeni atəş nöqtələri yaradır - NƏYƏ HAZIRLAŞIRLAR?

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər bu istiqamətdə yeni atəş nöqtələri yaradır - NƏYƏ HAZIRLAŞIRLAR?

Siyasət

03 Fevral 2025 08:23 359


Ermənilər Kəlbəcər, Basarkeçər və Göyçə istiqamətində yeni atəş nöqtələrinin görüntüləri yayılıb.

Musavat.com "GSSR44"ə istinadən xəbər verir ki, ağır silahlar və digər məqsədlər üçün qazılmış nöqtələr şərti sərhədin bir neçə kilometrliyində yerləşir. Bu nöqtələrə dislokasiya olunan texnikalar əsasən Basarkeçər rayonunda yerləşən yeni hərbi hissədən və Zod kəndində yerləşən hərbi hissədən gəlir (zamanında Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmuşdu).

Həmçinin qeyd edək ki, texnikalardan bəziləri maskalanıb. Ərazidə HHM sisteminin olması da istisna olunmur. Bu kimi atəş nöqtələri şərti sərhədin bütün istiqamətlərində qazılıb. Dominos pizza

Təqdim etdiyimiz görüntülər sadəcə bir qismidir. Ermənistanın bu kimi fəalliyyətləri “atəş üstünlüyünün əldə olunması” və “revanşa hazırlaşmaq” kimi məqsədlərə işarə edir.

Həmin fotoları təqdim edirik.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!