Ermənilər daha bir Azərbaycan kafesinə basqın etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər daha bir Azərbaycan kafesinə basqın etdi

Dünya

25 İyul 2020 08:46 1402


Naməlum adamlar Rusiyanın paytaxtı Moskvanın qərbindəki Mosfilmsk küçəsində Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırıblar.

Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib. Qeyd edilir ki, hadisəni törədən şəxslər sonra gizləniblər.

"Hadisə Mosfilmovsk küçəsində oldu. Naməlum adamlar Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atdılar, sonra avtomobillərdə hadisə yerindən uzaqlaşaraq gizləndilər", - agentliyin həmsöhbəti deyib. Sezar pizza

Mənbə əlavə edib ki, hazırda hücum edənlər axtarılır.

İyulun 24-ə keçən gecə Moskvanın Marino rayonunda ermənilərlə azərbaycanlılar arasında bir neçə toqquşma baş verib. Bununla yanaşı, ötən gün Moskvanın müxtəlif rayonlarında bir neçə yeni toqquşma qeydə alınıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!