Ermənilər Kəlbəcər yolunu bağladılar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Kəlbəcər yolunu bağladılar

Rəsmi

18 Dekabr 2022 17:55 13701


Ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı erməni jurnalist Qaqik Arutyunyan öz "Facebook" səhifəsində yazıb.

Erməni jurnalist yazıb ki, Ağdərədə yaşayan bir qrup erməni Ağdamdan Kəlbəcərə gedən avtomobil yolunu bağlayıblar. Marqarita pizza

Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir./Yeniavaz.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!