Ermənilər döyüşlərdə terrorçuların raketlərindən istifadə edib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər döyüşlərdə terrorçuların raketlərindən istifadə edib - Fotolar

Hadisə

19 Noyabr 2020 16:47 1058


Ermənilər döyüşlər zamanı terrorçuların istifadə etdiyi kustar üsulla hazırlanan raket atıcılarından istifadə edib.

Yenisabah.az xəbər verir ki, bunu ANAMA-nın əməkdaşı Musa Məmmədov deyib.

M.Məmmədov bildirib ki, bu cür atıcılardan Yaxın Şərqdəki münaqişələrdə İŞİD, PKK terror təşkilatları tərəfindən istifadə olunub: Dominos pizza

“Eyni zamanda, mərmilər də kustar üsulla hazırlanıb. Hazırda Rusiya tərəfindən istehsal olunan bu tip “M-24F” raketləri var ki, bunlar əsasən iki cür modifikasiyada olub - maksimum 7 və 11 km məsafəyə qədər atılanlar və buna uyğun olaraq da partlayıcı çəkiləri də 18 və 27 kq olanlar. Lakin kustar üsulla hazırlanan raketlərin uçuş məsafəsi 18 km-ə qədər, partlayıcı maddəsi isə 40 kq-a qədər artırılıb ki, daha böyük dağıntılar törətsin. Düşmən bu raketlərlə Azərbaycanın yaşayış məntəqələrinə çoxsaylı atəşlər edib və infrastruktura böyük ziyanlar verib, mülki insanların ölümünə səbəb olub”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!