Ermənilər əsgərlərinin əsir düşdüyünü təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər əsgərlərinin əsir düşdüyünü təsdiqlədi

Rəsmi

27 May 2021 10:33 1258


Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən 6 erməni hərbçinin zərərsizləşdirilərək saxlanılması barədə məlumatı təsdiqləyib.

Yenisabah.az MK.ru-ya istinadla xəbər verir ki, Ermənistan bildirib ki, hərbçilər Geqarkunik bölgəsinin sərhədyanı zonasında mühəndis işləri aparan zaman əsir düşüb. Həmçinin onların əsir düşən zaman öz ərzilərində olduqları bildirilib.

Xatırladaq ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.  Toyuqlu pizza

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!