Ermənilər əsirlikdəki Aminin fotosunu yaydılar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər əsirlikdəki Aminin fotosunu yaydılar

Maraqlı

27 Noyabr 2020 16:56 2340


İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin yeni fotosu yayılıb.

Yenisabah.az xəbər verir ki, onun fotosunu “Infoteka 24” yayıb.

Bildirilib ki, A.Musayev hazırda xəstəxanada müalicə alır. Sezar pizza

Xatırladaq ki, Amin Musayevdən başqa daha bir hərbçimiz - Bayram Kərimov da 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüb. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb.

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!