Xalq artisti Faiq Ağayev Ermənistan mətbuatının onu sabitliyi pozmaqda ittiham etdiyini bildirib.
Yenisabah.az xəbər verir ki, o, AZTV telekanalında yayımlanan klipin müharibəyə çağırış kimi qiymətləndirildiyini yazıb:
“Rusiya və Ermənistan mətbuatı AZTV-də yayımlanan klipimi müharibəyə çağırış, regionda sabitliyi pozma təhriki kimi qiymətləndirir. Açıq bəyan edirəm, qoy eşitsinlər: Şanlı, şücaətli, qüdrətli Azərbaycan Ordusu müqəddəs bayrağımızı azad edilən torpaqlarımızda dalğalandıranda ürəyim dağa dönür! Fəxr edirəm, qürur duyuram, xoşbəxtəm! Qarabağ Azərbaycanındır!” Marqarita pizza
Telegram kanalımız