Ermənilər Fransa kanalının rəhbərliyini ölümlə hədələyib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Fransa kanalının rəhbərliyini ölümlə hədələyib - Fotolar

Hadisə

23 Oktyabr 2020 16:06 2097


Erməni icması sosial şəbəkələrdə TF1 kanalını və jurnalistini təhqir edib, təhdidlər yağdırıb.

Yenisabah.az xəbər verir ki, TF1-in ən populyar "Saat 20:00" xəbərlərində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı reportaj yayımlandıqdan sonra erməni icması jurnalist Liza Bdulunu kütləvi təhqir edib, təhdidlər yağdırıb. Fransa Erməni Təşkilatları Şurasının həmsədri Papazyan TF1-ə qarşı kütləvi etiraza çağırış edib.

Təkliflər səslənib ki, kanal boykot edilsin, qarşısında mitinq keçirilsin. Hətta jurnalisti öldürməyi təklif edən də var. Ermənilərin kütləvi təhdidindən sonra sözügedən kanal reportajın linkini saytdan yığışdırıb. Bununla belə kanala qarşı etirazlar davam edir. Hətta TF1 kanalının rəhbərliyindən bəzilərinin başının kəsilməsini belə yazırlar. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!