Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub
Bu barədə “Yeni Sabah”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat daxil olub. Xəbərə görə, iyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. pizza
Telegram kanalımız