Ermənilər Goranboya “Smerç“ raketi atıb -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Goranboya “Smerç“ raketi atıb - Fotolar

Hadisə

05 Noyabr 2020 16:39 2535


Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Meşəli kəndinə "Smerç" raketi atıb.

Yenisabah.az xəbər verir ki, raket yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Atılan raketlərdən ayrılan iki bombacıq partlamayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı  Bəhruz Namazov bu barədə bildirib ki, ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb. pizza sifarişi

Hazırda həmin bombacıqların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!