Ermənilər həddini aşdı: Şuşa təxribatı cavabsız qalmayacaq!

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər həddini aşdı: Şuşa təxribatı cavabsız qalmayacaq!

Rəsmi

23 Noyabr 2022 17:28 15309


“Hesab edirəm ki, Ermənistanın son günlər vəziyyəti gərginləşdirməyi onun yenidən müharibəyə təhrik edilməsinin ən bariz göstəricilərindən biridir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Politoloq Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi Qarabağın dağlıq ərazilərində öz mövcudluğunu hələ də saxlayan qanunsuz erməni silahlı birləşmələrinin son günlər Şuşa və ətraf əraziləri atəşə tutması faktına münasibət bildirib. pizza sifarişi

T.İsmayılova görə, bu gün Ermənistanı dəstəkləyən havadarları onun əliylə Azərbaycana yenidən zərbə vurmağa, eyni zamanda Cənubi Qafqaz regionunda vəziyyəti gərgin saxlamağa çalışırlar:

“Vəziyyətin ən maraqlı tərəflərindən biri isə ondan ibarətdir ki, bu gün Rusiya sülhməramlılarının müvəqqəti olaraq müşahidə etdiyi bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri tərəfindən Şuşa şəhəri də atəşə tutulur. Fikrimcə, bu, əslində, Xankəndi və ətrafında müvəqqəti yerləşdirilmişmiş rus sülhməramlı kontingentinin özü ilə bağlı olan narazılığı da maksimum həddə çatdıracaq. Eyni zamanda bütün bu baş verən hadisələr Rusiyanın imzasının, daha dəqiq desək, həm 10 noyabr, həm də Soçi bəyanatının gözdən salınmasına yönəlib”. 

Mütəxəssisin düşünür ki, ümumilikdə Ermənistan arxa-arxaya günlərdir vəziyyəti gərgin saxlamağa çalışmaqla Azərbaycanın sanki səbrini sınayır:

“Düşünürəm ki, dövlətimiz növbəti antiterror və “Qisas” əməliyyatlarını keçirmək hüququnu özündə saxlayır. Özəlliklə, bu gün Ermənistanın hələ də həm Moskva, həm də Brüssel tərəfindən irəli sürülən və özünün də imzaladığı bəyanatların müddəalarını yerinə yetirməməsi, üzərinə qoyulan şərtlərdən boyun qaçırması təkcə Azərbaycana qarşı yönəlmiş bir addım deyil, eləcə də bu, həm də Rusiyanın imzasını və onun moderatorluğu ilə vasitəçiliyinin gözdən salınması deməkdir”.

Siyasi təhlilçinin sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq əsasında heç bir dövlətin dözməyəcəyi kimi, öz ərazisində hansısa separatçı tör-töküntülərin bu tip təxribatlarına bundan sonra da göz yumacaq deyil:

“Hesab edirəm ki, əgər bu faktlar davam edərsə, dövlətimiz növbəti əməliyyatlar keçirə bilər. Bu əməliyyatlar da Ermənistana çox böyük və sarsıdıcı zərbələr vuracaq. Ona görə də zənnimcə, Ermənistanın bu tip təxribatları davam edəcəyi təqdirdə bu, nəinki regionda sülhün formalaşmasına zəmin yaradacaq, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiya prosesini də gecikdirəcək. Azərbaycan isə öz ərazilərinə qarşı yönəlmiş bu təxribatlara növbəti dəfə layiqli cavabını verəcək”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!