Ermənilər indi də ABŞ Dövlət Departamentini qınayır

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər indi də ABŞ Dövlət Departamentini qınayır

Rəsmi

08 Oktyabr 2021 21:24 926


Amerika Erməniləri Milli Komitəsi absurd formada ABŞ Dövlət Departamentini ABŞ-Ermənistan regional və ikitərəfli siyasətindəki sistemli uğursuzluqlarını araşdırmağa çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın "Aysor" nəşri məlumat yayıb.

Təşkilatın sədri Raffi Qambaryan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezə, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Qreq Meeksə və Nümayəndələr Palatasının digər üzvlərinə yazdığı məktubda bildirib ki, Ermənistanın suveren əraziləri Azərbaycanın işğal altında (!) qalmaqda davam edir. Pepperoni pizza

Təşkilat, Türkiyənin pilotsuz uçuş aparatlarında ABŞ-da istehsal olunan hissələrin tapılmasından da narazıdır.

Qambaryan ATƏT-in Minsk qrupunun Qarabağla bağlı sülh danışıqlarında diplomatik uğursuzluqlarına xüsusi diqqət çəkərək, bildirib ki, ABŞ-ın iştirakı ilə baş tutan uğursuzluq Türkiyənin bölgəyə cəlb edilməsinə səbəb olub.

Bədbəxt təşkilatın rəhbəri, məktubunun sonunda, "Ermənistan ərazisinin işğalına görə" Azərbaycan rəhbərlərinin məsuliyyətə cəlb edilməsini xahiş edib./virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!