Müharibədən məğlub ayrılan Ermənistanın dövlət rəsmiləri sərsəmləməyə davam edir.
Yenisabah.az xəbər verir ki, Ermənistan bu dəfə də Beynəlxalq Qırmızı Xaç Komitəsinə minnətçi düşüb. Belə ki, ölkənin xarici işlər naziri Armen Qriqoryan komitənin nümayəndə heyətinin rəhbəri Tyerri Ribot ilə görüşdə terrorçu fəaliyyətləri səbəbilə Azərbaycan tərəfindən həbs edilən və cinayatətləri məhkəmədə sübuta yetirilən diversantların azadlığa buraxılması üçün kömək istəyib.
Qriqoryan Azərbaycanda saxlanılan bütün cinayətkarların hərbi əsir statusuna malik olduğunu və beynəlxalq humanitar qanunlarla qorunmalı olduğunu iddia edib. Toyuqlu pizza
Telegram kanalımız