“Azərbaycan bu ərazilərdə özünün suveren hüquqlarını təmin etmək üçün onsuz da hərbi əməliyyatlar hazırlayır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli deyib.
O, son günlər Qarabağın dağlıq hissəsində keçirilməsi planlaşdırılan “Qisas-3” hərbi əməliyyatı ilə bağlı “TV Müsavat”ın canlı efirində cəmiyyətdə səslənən çağırışlardan, habelə rəsmi Bakının Xankəndi planından söz açıb. Sezar pizza
Q. Hüseynli söyləyib ki, bu hərbi əməliyyat lokal tipli olacaq, əsas zərbə qüvvəsi Xankəndiyə və buradakı separatçıların liderlərinin və erməni silahlı qüvvələrinin qoşun komandirlərinin təcrid edilməsinə yönəlib:
“Bu, gecələrnin birində ermənilər isti yataqlarında uyuyan zaman gerçəkləşdiriləcək bir əməliyyat olacaq. Əməliyyat çox da uzaq bir zamanda deyil, günlərin bir günündə olacaq. Belə əməliyyatlar haqqında dəqiq məlumat verilmir. Lakin günlərin bir günündə qəflətən Xankəndiyə belə bir əməliyyat həyata keçiriləcək”.
Xatırladaq ki, ötən ayın 15-də erməni tərəfinin sərhədədki Laçın nəzarət-buraxılış məntəqəsinə atəş açmasından, habelə Qarabağdakı separatçı ünsürlərin dəfələrlə atəşkəsi pozması faktından sonra rəsmi Bakı Xankəndi və ətraf ərazilərdə sayca üçüncü əməliyyatın keçirilməsi planını istisna etmir. Buna səbəb kimi separatçı rejim təmsilçilərinin bölgədə fəaliyyət göstərən qanunsuz “müdafiə ordusu”nun tərksilah edilməməsi və regionun Azərbaycana reinteqrasiya prosesinə mane olmasıdır.
Rafi MÜSLÜMOV
Telegram kanalımız