Ermənilər “itkin düşən” hərbçilərinə qəbir qazırlar   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər “itkin düşən” hərbçilərinə qəbir qazırlar - Fotolar

Rəsmi

17 Noyabr 2021 16:14 1418


Ermənistanın təxribatı nəticəsində dünən sərhəddə baş verən hərbi əməliyyatlar dayandırılandan sonra qarşı tərəf itkilərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi hərbi əməliyyatlar zamanı 1 hərbçinin öldüyünü, 24 nəfərin isə itkin düşdüyünü bildirsə də, düşmən ölkədə bu məlumatın səhihliyinə şübhə ilə yanaşırlar. İrəvandakı "Erablur" qəbiristanlığında yeni qəbirlərin şəkillərini paylaşan sosial şəbəkə iştirakçıları MN-nin rəhbərliyini “atəşə tutub”. Onlar "hakimiyyət itkin düşən hərbçilər üçün qəbir qazır” məzmunlu şərhlər yazaraq, Ermənistan rəhbərliyinin itkiləri gizlətdiyini iddia ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!